Fatih Terim "Qalatasaray"dan gedir
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim istefa verməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
“Sarı-qırmızılar”ın sabiq prezidenti Dursun Özbekin dönəmində komandanın “sükanı arxası”na gətirilən “İmperator”un “Kayserispor”la matçdan sonra istefa verəcəyi gözlənilir.
Qeyd edək ki, istefanın səbəbi klubun yeni seçilən prezidenti Mustafa Cengizlə bağlı olduğu bildirilir. Maraqlıdır ki, “sarı-qırmızılar”ın yeni prezidenti namizədliyini irəli sürərkən seçiləcəyi halda Fatih Terimlə çalışacağını bildirimişdi.
Mənbə:> Yeniçağ.az