Məşqçi Rəşad Sadıqovun Azərbaycan yığmasında uğurlu debütü
Futbol üzrə U-21 Azərbaycan milli komandası Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində dünən baş məşqçi, “Qarabağ”ın oyunçusu Rəşad Sadıqovun rəhbərliyi ilə ilk oyununu keçirib.
Virtualaz.org AFFA-nın saytına istinadən bildirir ki, “Alanyaspor” klubunun nəzdindəki U-21 komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.
Türkiyə təmsilçisinin qapısına qolları millimizin üzvlərindən Nicat Süleymanov, Elnur Cəfərov və Ülvi İsgəndərov vurublar.
Onu da qeyd edək ki, gənclərimiz yanvarın 21-də Albaniyadan olan yaşıdları ilə oynayacaqlar.
Mənbə:> Virtualaz.org