"Qalatasaray" Terimin qayıdışından sonra ilk oyunda qələbə qazanıb
Komanda Göztəpəni 3:1 hesabı ilə məğlub edib
Türkiyənin "Qalatasaray" klubu ölkə çempionatının 17-ci turunda "Göztəpə"ni qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, oyunda hesabı 9-cu dəqiqədə qonaqlar açıb.
Ardınca "Qalatasaray" 19, 53 və 70-ci dəqiqələrdə ardarda fərqlənərək matçı qələbə ilə başa vurub.
"Qalatasaray" bu gün yeni baş məşqçi Fatih Terimin rəhbərliyi altında ilk oyununu keçirib. Təcrübəli mütəxəssis bu həftə karyerasında dördüncü dəfə kluba rəhbər təyin edilib.
Hazırda "Qalatasaray" milli birincilikdə ikinci pillədə qərarlaşıb və lider "İstanbul Başakşəhər"dən bir xal geri qalır.
Türkiyə Superliqası. 17-ci tur
"Qalatasaray" – "Göztəpə" - 3:1
0:1 – Yahoviç – 9 (pen), 1:1 – Rodriqes – 19, 2:1 – Oztəkin – 53, 3:1 – Maykon – 70.
Mənbə:> Report