"“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışacağıq" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışacağıq" - “Qəbələ”nin prezidenti

"“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışacağıq"


"Çempionluq heç də asan olmayacaq”.

Apasport.az-a bunu Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Kəpəz" - "Qəbələ" (1:6) maçından sonra qonaq komandanın prezidenti Tale Heydərov deyib.

T.Heydərov "Qəbələ”nin bu cür asan qələbə qazanacağını gözləmədiyini bildirib: "Çünki ilk dövrədə "Kəpəz”ə 0:2 hesabı ilə öz meydanımızda uduzmuşduq. Ona görə də bu gün qələbə qazanmaq istəyirdik. "Kəpəz” sonuncu yerdə olsa da, bizim üçün vacib görüş idi. Bu cür hesab gözləmirdik. Komandamız yaxşı oynadı və gözəl nəticə qazandı”.

Klub prezidenti 13 tur ərzində "Qəbələ”nin yaxşı çıxış etdiyini bildirib: "Bəzi oyunlarda xal itirməməli idik. "Qəbələ” bəzən zəiflərlə oyunlarda gözlənilməz xal itkiləri ilə üzləşir. Amma ümumi mənada hazırkı durumdan razıyıq”.

O, bu cür davam edəcəyi təqdirdə "Qəbələ”nin "Qarabağ”ın hegemonluğuna son qoya biləcəyi üçün çalışacaqlarını deyib: "Qarabağ” çox güclü komandadır. Çempionlar Liqasında da yaxşı çıxış edir. Odur ki, çempionluq heç də asan olmayacaq”.

Yeni transferlərə gəldikdə isə T. Heydərov baş məşqçinin istədiyi oyunçuları almağa hazır olduğunu bildirib: "Təbii ki, büdcə daxilində. Baş məşqçi həmişəki kimi istədiyi oyunçuları heyətə qatmaqda sərbəstdir

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *