Messi “Barselona” ilə müqaviləni 2021-ci ilədək uzadıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Messi “Barselona” ilə müqaviləni 2021-ci ilədək uzadıb

Messi “Barselona” ilə müqaviləni 2021-ci ilədək uzadıb

Argentinalı hücumçu Lionel Messi “Barselona” klubu ilə müqaviləni 2020/2021-ci il mövsümünün sonunadək uzadıb. Razılaşmaya əsasən, dəbbənin məbləği 700 milyon avro təşkil edir.

Bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib. Otuz yaşlı futbolçunun əvvəlki müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.

Messi “Barselona”ya 2000-ci ildə, 13 yaşında gəlib. Əsas heyətdə rəsmi debütünü 17 yaşında edib. Komandanın tərkibində səkkiz dəfə İspaniya çempionu titulunu qazanıb, dörd dəfə UEFA çempionlar liqasının, beş dəfə İspaniya kubokunun, üç dəfə dünya klub çempionatının qalibi olub.

Beş dəfə “Qızıl top” mükafatına layiq görülən argentinalı hücumçu “Barselona”nın heyətində meydançaya çıxdığı 602 oyunda ümumilikdə 523 qol vurub. O, hazırda klubun və La Liqanın tarixində ən məhsuldar hücumçudur.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *