Millimiz Ukraynada gülüş obyektinə çevrildi
Ukraynanın “Sport-Express” nəşri milli komandamızı məzhəkəyə qoyub.
AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, slavyan həmkarlarımızı buna vadar edən dünən Donetsk “Şaxtyor”u ilə yoxlama görüşündə futbolçularımızın maykalarının arxasında nömrələrinin yazılmaması olub.
“Heç şübhəsiz ki, məşhur Robert Prosineçkinin yenicə baş məşqçi təyin edildiyi rəqib “Şaxtyor”un futbolçularını və məşqçilərini təəccübləndirdi. Soyadları bir yana, heç maykalarında nömrələri də yazılmamışdı. Yığma komanda üçün bu, unikal haldı. Maraqlıdı, görəsən Belarusdan baş hakim Vitali Sevastyanik azərbaycanlı futbolçulara kart göstərərkən, onları necə qeyd edib? Nömrə olmadıqda, görəsən hakimlər futbolçuları hansı “xüsusi əlamətlər”inə görə tanıyırlar?”
Qeyd edək ki, qeyri-rəsmi xarakter daşıyan və xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olan görüşdə komandamız 2:1 uduzub.
Mənbə:> ANSPRESS