İstanbul derbisini “Fənərbağça” qazandı
Noyabrın 20-də futbol üzrə Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub.
İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça” və “Qalatasaray” klubları qarşılaşıb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Sarı bülbüllər”in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.
Virtualaz.org xatırladır ki, “Fənərbağça” bu nəticə ilə derbidə artıq 151-ci qələbəsini hesabına yazdırıb. "Qalatasaray" indiyədək keçirilən 385 matçdan 127-də qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.
Onu da qeyd edək ki, Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.
Mənbə:> Virtualaz.org