İlin ən yaxşı məşqçisi adına on namizəd » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

İlin ən yaxşı məşqçisi adına on namizəd – SİYAHI

İlin ən yaxşı məşqçisi adına on namizəd

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilin ən yaxşı məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat çərşənbə günü, noyabrın 2-də, qurumun rəsmi saytında yerləşdirilib.

Siyahıda Joze Morinyo və Antonio Konte kimi mütəxəssislərin adları yer almayıb.

Yekun siyahıya on məşqçinin adı daxil edilib: Kris Koulman (Uels yığması), Didye Deşam (Fransa yığması), Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurqen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester Siti”), Fernandu Santuş (Portuqaliya yığması”), Diyeqo Simeone (“Atletiko”), Zinəddin Zidan (“Real”).

Qeyd edək ki, ilin ən yaxşı məşqçisinin adı gələn il yanvarın 9-da açıqlanacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *