"Qarabağ" çempionluq kubokuna qovuşdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" çempionluq kubokuna qovuşdu

"Qarabağ" çempionluq kubokuna qovuşdu


Bu mövsüm Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub. ANS PRESS-in məlumatına görə, təltifetmə mərasimi "Azersun Arena”da reallaşıb.

AZAL-a qarşı keçirilən oyundan sonra "Qarabağ”a mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Ardıcıl 3-cü çempionluğunu bayram edən "Qarabağ” cari mövsümdə keçirdiyi oyunlarda 84 xal toplayıb.

Elitanın sonuncu turunda "Qarabağ" AZAL-ı 3:0 hesabı ilə məğlub edib. Ağdamlılara çempionluq kuboku və qızıl medallar təqdim olunarkən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov alqışlanılası addım atıb. Qurbanov qızıl medalı fiziki qüsurlu "Qarabağ" azarkeşlərindən birinə hədiyyə verib.

Mayın 25-də "Qarabağ” və "Neftçi” arasında Azərbaycan Kubokunun final görüşü keçiriləcək. Kubok uğrunda həlledici qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüşdə nominal meydan sahibi "Qarabağ” klubu olacaq.

Bu klublar ötən il Azərbaycan kubokunun finalında qarşılaşıb. Ötən il Azərbaycan kubokunun qalibi finalda 3:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu olub. İndiyədək "Qarabağ" 7, "Neftçi" isə 8 dəfə Azərbaycan kubokunun finalına yüksəlib. "Neftçi" 6, "Qarabağ" isə 4 dəfə kuboku başı üzərinə qaldırıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *