Messi Türkiyəyə gedir
Bununla bağlı Antalyada özəl matç keçiriləcək.
Dünya futbolunun bir çox ulduzu "Antalyaspor"un oyunçusu Samuel Eto'onun adını daşıyan vəqfin 10-cu ildönümü ilə əlaqədar Türkiyəyə gedəcək. ANS PRESS-in məlumatına görə, bununla bağlı Antalyada özəl matç keçiriləcək.
Sözügedən oyunda Messi, Neymar, Suares, Maradona, Hazard, İnyesta, Demba Ba, Droqba və Arda Turanın yer alacağı dünya komandası Türkiyə futbolçulardan ibarət komanda ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 16-ı "Antalya Arena"da keçiriləcək.
Bu arada Türkiyənin “Antalyaspor” klubunu rəhbərliyi azarkeşlərini supertransferlərlə sevindirməyə davam edir. Super Liqa təmsilçisi cari mövsümün əvvəlində dünya ulduzu Samuel Eto`Onu transfer etməklə bombanı partlatmışdı. Budəfəki partlayış daha səs-küylü ola bilər. Belə ki, futbol tarixinin əfsanələrindən sayılan Ronaldinyo Qauço yeni mövsümə Türkiyədə başlaya bilər.
Antalya klubu braziliyalı top sehrbazı ilə ilkin razılığa gəlib. İlkin razılığa əsasn 1+1 illik müqavilə imzalana bilər. Bu keçiddə Eto`Onun vasitəçilik etməsi “Antalyaspor”un işini xeyli yüngülləşdirib.
Türkiyə mətbuatı braziliyalının gəlişində məhz "Antalyaspor" klubunun ulduz futbolçusu Samuel Eto’o vasitəçi olduğunu qeyd edib. Ronaldinyo ilə Eto’o "Barselona"da birgə çıxış etdikdən bəri dostluq edir.
Mənbə:> ANSPRESS