Roanldinyo Super Liqada
Türkiyənin “Antalyaspor” klubunu rəhbərliyi azarkeşlərini supertransferlərlə sevindirməyə davam edir.
ANS PRESS-in məlumatına görə, Super Liqa təmsilçisi cari mövsümün əvvəlində dünya ulduzu Samuel Eto`Onu transfer etməklə bombanı partlatmışdı.
Bu dəfəki partlayış daha səs-küylü ola bilər. Belə ki, futbol tarixinin əfsanələrindən sayılan Ronaldinyo Qauço yeni mövsümə Türkiyədə başlaya bilər.
Antalya klubu braziliyalı top sehrbazı ilə ilkin razılığa gəlib. İlkin razılığa əsasn 1+1 illik müqavilə imzalana bilər.
Yeni mövsümdə avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan Super Liqa təmsilçisinin transfer siyahısında başqa isimlər də var.
"Trabzonspor”da icarədə olan Marko Marinlə danışıqlar yekunlaşmaq üzrədir. Vaxtilə Antalyada oynayan İsmail Aysattinin də sabiq klubuna qayıdışı gözlənilir.
Bu keçiddə Eto`Onun vasitəçilik etməsi “Antalyaspor”un işini xeyli yüngülləşdirib.
Türkiyə mətbuatı braziliyalının gəlişində məhz "Antalyaspor" klubunun ulduz futbolçusu Samuel Eto’o vasitəçi olduğunu qeyd edib. Ronaldinyo ilə Eto’o "Barselona"da birgə çıxış etdikdən bəri dostluq edir.
Mənbə:> ANSPRESS