“Liverpul” Brendan Rocersi istefaya göndərdi
“Liverpul” rəhbərliyi klubun baş məşqçisi Brendan Rocersi vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib.
“Biz Brendan Rocersə klubun inkişafında verdiyi töhfəyə görə səmimi qəlbdən minnətdarlıq edirik. Bu çox çətin qərar idi, lakin biz inanırıq ki, görülmüş dəyişikliklər bizə gələcəkdə böyük uğurlar gətirəcək”, - Liverpul rəhbərliyinin müraciətində bildirilir.
Xatırladaq ki, B.Rocers Liverpul 2012-ci ildən başçılıq edir. İrlandiyalı mütəxəssisin klub ilə müqaviləsi 2018-ci ilə qədər idi.
Onun yerinə əsas namizəd Dortmund “Borussiya”sının sabiq məşqçisi Yurqen Klopp hesab edilir.
Mənbə:> Oxu.Az