Çingiz Abdullayev istefaya getməyə hazırlaşmır
“Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev, onun vəzifəsini tərk etməyə hazırlaşdığına dair bəzi KİV-də dərc edilmiş məlumatları şərh edib.
“Bu, sadəcə şayiədir. Fikir verməyin. Əgər bu kimləri isə narahat edirsə, qoy bilsinlər ki, mən öz vəzifəmdəyəm və bütün proseslərə nəzarət edirəm. Düşünürəm ki, doğru yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğur əldə edəcək”.
Bu günlərdə Çingiz Abdullayev Azərbaycanın hüdudlarından kənardadır, amma onun sözlərinə görə, vəziyyəti nəzarət altında saxlayır.
Mənbə:> Oxu.Az