“Barselona” rekorda çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Foto, Video

“Barselona” rekorda çatdı – VİDEO+FOTO

“Barselona” rekorda çatdı


UEFA Superkubokunun final oyunu keçirilib. Qarşılaşmada İspaniyanın iki klubu “Barselona” ilə “Sevilya” üz-üzə gəlib.

ANS PRESS-in məlumatına görə, final oyunu Gürcüstanın paytaxtı Tiflisdəki “Dinamo Arena”da baş tutub.

İlk qol Sevilya" komandasından gəlib. "Barselona" isə az keçmədən oyunda dönüş yaradaraq ikinci hissənin əvvəlində 4:1 hesabı ilə önə keçib. Gərgin keçən 90 dəqiqəlik mübarizə 4-4 hesabı ilə başa çatıb. 4-4 hesablı bərabərlik oyunun 30 dəqiqə uzanması ilə nəticələnib. Uzatma dəqiqələrində Pedro Rodrigesin vurduğu qolla "Barselona" UEFA Superkubokunun qalibi olub.


“Barselona” rekorda çatdı
“Barselona” rekorda çatdı
“Barselona” rekorda çatdı
"Barselona" “Sevilya” matçından maraqlı anlar

“Barselona”-dan qolları Messi, Rafinha, Suarez ve Pedro qapıdan keçirərkən, Sevilladan isə Banega, Reyes, Gameiro və Konoplyanka uğura imza atıb. Messi oyunda 2 dəfə fərqlənib.

“Barselona”nın əfsanəvi fudbolçusu Leonel Messi oyun barədə təsuratlarını paylaşaraq bildirib ki, "Biz oyuna əla başladıq və ilk 50-60 -ci dəqiqələrdə çox yaxşı futbol göstərdik. Sonra isə düz yolda özümüzə problem yaratdıq. Amma hər bir halda biz udduq. Bütün komanda özünü əla göstərdi. Topun kantrolu bizdə idi. Daima yaxşı məqamlar yaradırdıq".

“Barselona” rekorda çatdı
“Barselona” rekorda çatdı
“Barselona” rekorda çatdı
Oyunçuların kubok sevinci

Qeyd edək ki, “Barselona” 9-cu dəfədir ki, Superkubokda iştirak etmək imkanı qazanıb. “Sevilya” isə 4-cü dəfə Superkubok oyununa çıxıb. Birinci və sonuncu dəfə 2006-cı ildə məhz “Barselona” üzərində qəbələ qazanaraq Superkuboka yiyələnən "Sevilya" 9 illik həsrətə son qoymaq niyyətində idi. Barselona” Sevilya” qalib gəldikdən sonra turnirdə Milanın qələbə sayını təkrarladı. Mavi qırmızılar qənimətə 5 ci dəfə sahib oldular.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *