“İnter” “Atletiko” ilə matça çıxmaya bilər
“İnter”in futbolçuları Avropa Liqasının 3-cü təsnifat turunun cavab matçına çıxmaya bilərlər.
AzNews.info futbol11-ə istinadən xəbər verir ki, futbolçular sponsorun - Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi ilə görüşü gözləyirlər, nümayəndə isə heç cür oyunçularla görüşə bilmir.
Bunun əvəzinə komanda ilə futbolçuları yenidən ümidləndirən klubun prezidenti Georgi Nikolov danışıb. Buna baxmayaraq oyunçular maliyyə məsələsi qaydasına qoyulmazsa “Atletiko” ilə görüşə çıxmayacaqlarını bildiriblər.
Məlum olduğu kimi, “İnter” ciddi maliyyə problemləri yaşayır. Klub oyunçulara məvaciblərini borclu qalıb.
“İnter”-“Atletiko” matçı avqustun 6-da saat 21:00-da baş tutmalıdır. Bilbaoda “Atletiko” 2:0 hesabı ilə qalib gəlib.
Mənbə:> Futbol11