“Seltik” Bakıdan xəbər gözləyir
Şotlandiyanın “Seltik”ində T.Bəhramov adına Respublika Stadionunun qazonundan narahatdırlar, burada avqustun 5-də Çempionlar Liqasının 3-cü təsnifat turunun “Qarabağ” ilə cavab matçı keçiriləcək.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, şotlandlar “Qarabağ”dan buna dair xəbər gözləyirlər.
“Bizdə qazonun vəziyyəti haqqında bəzi məlumatlar var, - klubun nümayəndəsi bəyan edib. – İndi biz onun vəziyyətinə dair zəmanət gözləyirik”.
UEFA-da bu məsələni araşdırdıqlarını əmin ediblər. Matçın “Bakcell Arena”ya – ehtiyat stadionunda keçirilməsi mümkün deyil, belə ki, avqustun 6-da orada “Qəbələ” oynayacaq.
Xatırladaq ki, Respublika stadionunun qazonu isti hava şəraitinə görə korlanıb.
Mənbə:> Oxu.Az