1 milyon avroluq futbolçu Azərbaycanda çıxış edə bilər
Xarkov "Metallist"inin sabiq hücumçusu Vladimir Qomenyuk karyerasını Azərbaycanda davam etdirə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatına futbolçunun özü məlumat verib.
Qomenyuka bildirib ki, bir sıra ölkələrdən təkliflər alıb: "Hazırda menecerim klub axtarışı ilə məşğuldu. Variantlar çoxdu. Ukraynadan başqa Azərbaycan və Qazaxıstan klublarından da təklif var. Necə olacağını görəcəyik".
Qeyd edək ki, Vladimir Qomenyuk 2014-cü ilin yanvarından "Metallist"də çıхış edib (41 oyun, 9 qol). O, əvvəllər Kiyev "Arsenal"ında, "Dnepr"də və "Tavriya"da çıхış edib. "Transfermarkt" ona 1 milyon avro qiymət qoyub.
Mənbə:> ANSPRESS