Jurnalistlərin önündə əlini masaya niyə çırpdı – VİDEO
Türkiyənin I dəstəsinin "Adana Dəmirspor" - "Qaziantep Böyükşəhər Bələdiyyəspor" qarşılaşmasının 3:3 hesabı ilə başa çatıb.
ANS PRESS-in məlumatına görə, adanalılar 2 top fərqi ilə öndə olsalar da, sonda öz meydanlarında 3 xaldan məhrum olublar.
Məhz bu xal itkisi meydan sahiblərinin baş məşqçisi Ünal Karamanın oyun sonrası keçirilən mətbuat konfransına əsəbi halda gəlməsinə səbəb olub. O, fikirlərini bir neçə dəfə masaya əlini çırpmaqla və uca səslə danışmaqla çatdırıb.
Qeyd edək ki, "Adana Dəmirspor" hazırda "Qəbələ"də çıxış edən Cavid Hüseynovun sabiq komandasıdır.
Mənbə:> ANSPRESS