Peşəkar boksda görünməmiş hadisə: Döyüşə bir neçə dəqiqə qalmış rinqə çıxmadı
Kosta-Rikalı boksçu Fransisko Fonseka titul uğrunda döyüşə beş dəqiqə qalmış rinqə çıxmaqdan imtina edib.
REN TV xəbər verir ki, Beynəlxalq Boks Assosiasiyasının (WBA) dünya çempionluğu uğrunda britaniyalı Aleks Dilmaqan ilə görüşə çıxmaqdan imtina edən Fonseka bunu özünü pis hiss etməsi ilə əlaqələndirib.
Həkimi ilə məsləhətləşən boksçu yekunda döyüşə çıxmayıb.
Peşəkar karyerasında 28 döyüşə çıxan boksçu bunlardan 25-ində qələbə qazanıbsa, iki dəfə məğlub olub. Daha bir qarşılaşma isə heç-heçə bitib.
Mənbə:> Oxu.Az