Ronaldunun “təcavüz işi” “Yuventus”un planlarını pozdu
Portuqaliyalı hücumçu Kriştianu Ronalduya qarşı qaldırılmış “cinsi təcavüz” ittihamı fonunda “Yuventus” ABŞ-da keçiriləcək (2019-cu ilin yay aylarında) beynəlxalq turnirə dəvət almayıb.
Bu haqda The New York Times məlumat yayıb.
Turnirin təşkilatçıları 34 yaşlı portuqaliyalı forvardın Amerika polisi tərəfindən həbs olunacağından ehtiyat edir. Hazırda ABŞ-da Ketrin Mayorqi adlı qadının şikayəti əsasında Ronalduya qarşı zorlama ilə bağlı istintaq aparılır.
Buna görə, “Qoca sinyora” cari “Seria A” mövsümünün başa çatmasından sonra beynəlxalq turnirlərdən yalnız Asiyada keçiriləcək Beynəlxalq Çempionlar Kuboku matçlarında iştirak edə biləcək. Orada “Yuventus”un İngiltərə çempionatının təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted”lə üz-üzə gələcəyi bildirilir.
Mənbə:> Oxu.Az