Ruslar millimizə yeddi qol vurdu
Rusiyanın Soçi şəhərində əməkdar məşqçi Valentin Qrişinin xatirəsinə həsr olunan “Kuban Baharı” turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası (U-19) ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, rusiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:7 hesabı ilə məğlub olub.
İlk hissədə hesab 0:3 olub. İkinci hissədə vurulan dörd qoldan ikisi isə rusiyalı baş hakimin təyin etdiyi penalti nəticəsində vurulub. Qrupun digər matçında İran Belarusu 1:0 məğlub edib.
Qeyd edək ki, U-19 qızlar millimiz sabah Belarusla, martın 5-də isə İranla qarşılaşacaq.
Mənbə:> Oxu.Az