“Neftçi” ilə adı hallanan Rivaldonun oğlu Hacinin klubuna keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Neftçi” ilə adı hallanan Rivaldonun oğlu Hacinin klubuna keçdi

“Neftçi” ilə adı hallanan Rivaldonun oğlu Hacinin klubuna keçdi


“Neftçi”nin maraqlandığı deyilən braziliyalı futbolçu Rivaldinyo məşhur futbol əfsanəsi George Hacinin sahibi olduğu Rumıniyanın “Viitorul” klubuna keçib.

Oxu.Az xəbər verir ki, 23 yaşlı hücumçu Bolqarıstanın “Levski” klubundan Ovidyu təmsilçisinə mövsümün sonunadək icarəyə verilib.

Rumıniya mətbuatı onun 2017-2018-ci ildə Buxarest “Dinamo”sunda oynayan vaxt aya səkkiz min avro maaş aldığını yazır. İndi isə bu futbolçu bundan da çox qazanacaq. Pulun bir hissəsini “Viitorul”, qalanını isə müqavilə ilə məxsus olduğu Sofiya klubu ödəyəcək.

Qeyd edək ki, Rivaldinyo məşhur futbol ulduzu olmuş Rivaldonun oğludur. Rivaldo hətta sahibi olduğu Braziliyanın “Moji Mirin” klubunda 2015-ci ildə oğlu ilə birgə oynayıb və bundan sonra karyerasını bitirib. Rivaldinyo da peşəkar karyerasına məhz atasının klubunda başlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *