Aleksandr Səmədov "Kayrat"a keçə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Aleksandr Səmədov "Kayrat"a keçə bilər

Aleksandr Səmədov "Kayrat"a keçə bilər


“Spartak” futbol klubu və Rusiya yığmasının keçmiş futbolçusu Aleksandr Səmədov Qazaxıstanın “Kayrat” komandasına transfer edilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “Kazfootball” portalı xəbər yayıb.

Portalın məlumatına görə, “Kayrat” hal-hazırda braziliyalı yarımmüdafiəçi İsael da Silvaya əvəz axtarır. Daha öncə isə rusiyalı yarımmüdafiəçi Andrey Arşavin karyerasını yekunlaşdıraraq klubda çıxışını dayandırıb.

Yanvar ayında Səmədov və “Spartak” tərəflərin razılığı əsasında müqaviləni ləğv ediblər. 34 yaşlı futbolçu “Spartak”ın heyətində 109 oyun keçirib və 15 qola imza atıb. Komandanın heyətində o, Rusiya çempionu adını və ölkənin Superkubokunu qazanıb.

2018-ci ilin yayında Səmədov Dünya Çempionatında Rusiyanın heyətində çıxış edib və komanda ilə birlikdə 1/4 finala qədər yüksəlib. DÇ-dan sonra futbolçu millidə karyerasını yekunlaşdırdığını bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *