İran qadınları kişi idman oyunlarında azərkeşlik edə biləcəklər
İran qadınların kişilər arasında keçirilən idman yarışlarına baş çəkmələrinə olan qadağanı qismən aradan qaldırıb. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, yanvar ayında hökumət bəyan etmişdi ki, xarici qadınlara kişilər arasında keçirilən matçlara tribunalarda azərkeşlik etməyə icazə verəcək, lakin iranlı qadınlara bu, hələ qadağandır.
Yenilik İran təqvimi üzrə bu il ərzində qüvvəyə minəcək. İranın təqvim ili 2016-cı ilin martında başa çatır.
Xatırladaq ki, 2014-cü ildə İranda Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçirilən voleybol matçına düşməyə cəhd etdiyinə görə bir qadın həbs olunmuşdu.
Mənbə:> Oxu.Az