Həbibə 50 milyon dollar qonorar vəd edildi
UFC prezidenti Deyna Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədova növbəti döyüşünə görə mümkün qonorardan danışıb.
Oxu.Az xəbər verir ki, onun fikirləri “MMA Fighting” qurumunun “Twitter” hesabında yayımlanıb.
Uayt rusiyalı döyüşçünün komandasının tələblərinin yerinə yetiriləcəyi ilə bağlı suala cavab verib.
“Əlbəttə. Onlar nəyin real olduğunu yaxşı bilirlər. Bu sualın cavabı onlara məlumdur”, - UFC prezidenti deyib.
Nurməhəmmədov oktyabrın 6-da UFC 229 turniri çərçivəsində ABŞ-da keçirilən döyüşdə irlandiyalı Konor Makqreqoru məğlub edib. KİV-in məlumatına görə, Nurməhəmmədovun döyüşdən gəliri 2 milyon dollar təşkil edib.
Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz TMZ telekanalına müsahibəsində deyib ki, növbəti döyüşdə dağıstanlı idmançıya 10-50 milyon dollar qonorara ümid bəsləyir.
Nurməhəmmədovun növbəti rəqibi hələlik məlum deyil.
Mənbə:> Oxu.Az