Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru sürüdü » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş, Boks, Video

Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru sürüdü – DÖYÜŞÜN TƏKRARINI İZLƏ

Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru sürüdü


Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş keçirilib.

Oxu.Az-ın xəbərinə görə, T-Mobile arenasında keçirilən döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatıb.

Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Ancaq qalib kimi Həbib Nurməhəmmədov təqdim edilib.

Bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb.

Makqreqor isə peşəkar rinqdə 21 döyüş keçirib. Bu onun dördüncü məğlubiyyətidir.

Qeyd edək ki, Makqreqor bu döyüşdən üç milyon dollar, Nurməhəmmədovun isə iki milyon dollar qonorar alacaq.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *