“Qəbələ” “Şerif”lə bərabərə qaldı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018/2019 mövsümündə ilk oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, təmsilçimiz Moldova “Şerif”ini qəbul edib. Emin İmaməliyevin komandası bərabərə qalıb – 1:1.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. “Qəbələ” (Azərbaycan) -“Şerif” (Moldova) – 1:1
Qollar: Danilo İqnatov, 31 (0:1), Əli Sadıxov, 57-pen (1:1)
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu.
Mənbə:> Yeniçağ.az