28 yaşlı gəncə vəzifə verildi
Türkiyə Voleybol Federasiyası (TVF) idarə heyəti 28 yaşlı Fərhad Akbaşı qadınlardan ibarət milli komandanın baş məşqçisi təyin edib. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlama verən TVF Akbaşın 2016-cı ilin sentyabr ayına qədər bu vəzifədə olacağını bildirib.
Qadınlardan ibarət A milli komandasında 2012-ci ildən bəri köməkçi məşqçi olan Akbaş FIVB dünya çempionatı, CEV Avropa çempionatı, FIVB Grand Prix və “Akdeniz oyunları”nda komndanı müşayiət edib, həmçinin 2014-cü il CAV Avropa liqində çempionluq əldə etmiş Türkiyə yığması ilə birlikdə olub.
Bundan başqa Fərhad Akbaş 2009 – 2012-ci illər arasında kişilərdən ibarət A milli komandasında köməkçi məşqçi və statistika məşqçisi kimi fəaliyyət göstərib.
Mənbə:> ANSPRESS