AFFA sumqayıtlıları ələ salıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

AFFA sumqayıtlıları ələ salıb – FOTOFAKT

AFFA sumqayıtlıları ələ salıb


- Vallah heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!

- Onlar gələcəklər. Onlar qiyamət oynayırlar. Pullarını da qabaqcadan vermişəm.

- Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin...


Bəli, durum budur. Ötən ilin Avropa Liqası üçün mübarizə aparan klubu indi sanki özfəaliyyət klubuna çevrilib. Problem sərgilənən oyunda deyil. Söhbət ilk turda "Neftçi"yə uduzmaqda da deyil. Vallah, heç söhbət "Sumqayıt"da da deyil. Problem klubun başındadır, başçısındadır. Konkret "Sumqayıt”ın prezident Riad Rəfiyevdədir. Oxuduqca, filmdə deyildiyi kimi, "sən söhbətini elə" fikrini eşitmiş kimiyik. Nə deyirik, başlayaq...

Emin Mahmudov, Namik Ələsgərov, Ramil Şeydayev, Pavel Paşayev, Elçin Cəfərov, Dmitri Nağıyev... Əslində bu siyahını çox uzatmaq olar. Bəhs etdiyimiz futbolçuların adını elə belə çəkmədik. Bu oyunçuları birləşdirən bir adam var - Riad Rəfiyev. Hə, "Sumqayıt" klubunun prezidenti. Soruşa bilərsiz ki, axı bu futbolçuların heç biri "Sumqayıt"da oynamır, nə əlaqə? Haqlısız. Amma məsələ bu qədər bəsit deyil. "Məsəl var, naçalnik, deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdı”. Adı çıxan Riad Rəfiyevdir. Klub prezidenti və bayaqdan adı çıxan futbolçuların meneceri. Yəni adam bir klubun prezidentidir, başqa klublara isə futbolçu satır.

"3R Sports Management” şirkəti Rəfiyevin olsa da, sırf klubdakı fəaliyyətinə görə başqa adamı orda rəhbər kimi göstərib, özü isə futbolçu "alveri” ilə birbaşa məşğul olur. "Hirslənmə, bəy, doğru söz acı olar"...

Çox uzağa getməyək. İlk turda "Sumqayıt"ın "Neftçi"yə məğlub olmasından sonra Rəfiyevin "3R Sports Management” (3 R - Rəfiyev Riad Rasim oğlu) şirkəti rəsmi "facebook” səhifəsində Emin Mahmudovun "Sumqayıt"a vurduğu qolu bəh-bəhlə yayımlamışdı.

AFFA sumqayıtlıları ələ salıb


Bu günə qədər də Mahmudovun təbliğatı gedir. Yəni klub prezidenti onun öz komandasına qol vuran futbolçusunu alqışlamış olur. Riad bəy "Sumqayıt"dan başqa, bütün klublarımıza azarkeşlik edir. Çünki hamısında şirkəti ilə müqaviləli futbolçusu var. Onların "Sumqayıt"a qol vurması Riad Rəfiyevin menecerlik işinin uğuru olacaq.

Dünya praktikasında belə hal yoxdur. Menecer dediyimiz şəxs, futbolçunun hüquqşünası kimidir. İstədiyi zaman futbolçuya təsir, təzyiq göstərə bilər. Dolayısı ilə, menecer fəaliyyəti ilə məşğul olan başqa bir klubun prezidenti çempionatdakı nəticəyə də təsir edə bilər. Həmin futbolçuların "kirli işlər”in iştirakçısı olmayacağının qarantını kim verə bilər? Belə olan halda 1-ci divizionda saflıq axtarışında olan AFFA-nın baş katibi Elxan Məmmədov Premyer Liqanının bilərəkdən ləkələnməsinə şərait yaratmış olmur? "Əşşi, nə tafootu var, bunun səsi hardan gəlir, burdan eşit, burdan da oyna da" prinsipidir. Burda klub prezidenti ol, o biri tərəfdən də menecer kimi futbolçulara komanda tap. Pulunu qazan da.... Nə gözəl. "Sumqayıt" azarkeşləri isə "hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur..." prinsipindədir, cənab Rəfiyev. Sən hələ onları yaxşı tanımırsan. Ən yaxşısı istefa verməkdir! Gün gələcək, açdığın bazardan onlar da bezəcək. Həmin vaxt eşidəcəyin bir söz olacaq: "Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik"!

Mənbə: Fanat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *