İslandiya millisi ilə tarix yazmış məşqçi istefa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

İslandiya millisi ilə tarix yazmış məşqçi istefa verdi

İslandiya millisi ilə tarix yazmış məşqçi istefa verdi


Rusiyada keçirilən DÇ-2018 başa çatdıqdan sonra daha bir milli komandada baş məşqçi istefası gerçəkləşib.

Oxu.Az xəbər verir ki, İslandiya yığmasının çalışdırıcısı Heymir Hadlqrimson vəzifəsindən ayrılmağa qərar verib.

Öz istəyi ilə postunu tərk edən mütəxəssis yığma fəaliyyətinə 2011-ci ildə isveçli baş məşqçi Laş Laqerbekin köməkçisi kimi başlayıb. O, istefasının əsl səbəbini açıqlamasa da, komanda ruhu yarada bildikləri üçün futbolçulara təşəkkür edib.

2014-cü ildə baş məşqçi təyin olunan Heymir Haldqrimson millini ölkə futbolu tarixinin ən böyük uğurlarına daşıyıb. Onun rəhbərliyi altında İslandiya tarixində ilk dəfə yüksəldiyi AÇ-2016-da 1/4 finaladək irəliləyib, DÇ-2018-də isə qrupda qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *