"Qayıtmaq istəyirəm" - Ulduz futbolçudan “Qalatasaray”a mesaj » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Qayıtmaq istəyirəm" - Ulduz futbolçudan “Qalatasaray”a mesaj

"Qayıtmaq istəyirəm" - Ulduz futbolçudan “Qalatasaray”a mesaj


Qətərin "Əl-Qarafa" klubunun formasını geyinən Uesli Sneyder "Qalatasaray"a dönmək arzusundadı.

AzNews.info apasport.az-a istinadən xəbər verir ki, hollandiyalı ulduz futbolçu bununla bağlı "cim-bom" rəhbərliyinə müraciət edib.

Klub rəsmisi Abdurrahim Albayrakla əlaqə saxlayan 33 yaşlı yarımmüdafiəçi "Qalatasaray"dan ötrü darıxdığını və hətta boş müqaviləyə qol çəkməyə hazır olduğunu vurğulayıb. Klub prezidenti Mustafa Cengiz də sevimli oyunçusunu qaytarmağın tərəfdarıdı. Lakin bu məsələdə son sözü baş məşqçi Fatih Terim deyəcək. Təcrübəli mütəxəssis razılıq versə, Sneyderin "sarı-qırmızılılar"a dönüşü teziklə rəsmiləşəcək.

Qeyd edək ki, ötən ilin yayında "Qalatasaray"dan "Nitsa"ya keçən Uesli Sneyder daha sonra ordan "Əl-Qarafa"ya üz tutmuşdu.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *