“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu
“Qalatasaray” komandası mayın 19-da futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.
Virtualaz.org bildirir ki, baş hakim Cüneyt Çakırın idarə etdiyi matçın 66-cı dəqiqəsində yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub. Bu, cari çempionatın bombardirinin Superliqadakı 29-cu qolu olub.
Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.
Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.
Mənbə:> Virtualaz.org