“Qəbələ” “Qarabağ”ı məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.
Оxu.Az xəbər verir ki, “Qəbələ” çempionatın lideri “Qarabağ”ı öz meydanında minimal hesabla məğlub edib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.
Beləliklə, “Qəbələ” xal ehtiyatını 19-a çatdıraraq lider “Qarabağ”a çatıb.
Mənbə:> Oxu.Az