“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib – SİYAHI

“Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib


Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın formasını geyinəcək futbolçuların adlarına aydınlıq gəlib.

Oxu.Az-ın kluba istinadən məlumatına görə, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim edib.

Baş məşqçi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında son anda transfer edilən Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev də var.

Ümumilikdə 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu Azərbaycan çempionunun şərəfini qoruyacaq.

“Qarabağ”ın iştirak ərizəsi:

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev

Qeyd edək ki, “Qarabağ” ÇL-in qrup mərhələsində “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizə aparacaq. Ağdam klubu ilk görüşünü sentyabrın 12-də “Çelsi” ilə səfərdə keçirəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *