Rövnəq Abdullayev “Qarabağ” haqqında: Bu, böyük tarixin ilk sətirləridir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Rövnəq Abdullayev “Qarabağ” haqqında: Bu, böyük tarixin ilk sətirləridir

Rövnəq Abdullayev “Qarabağ” haqqında: Bu, böyük tarixin ilk sətirləridir


“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik”.

Oxu.Az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurum rəhbəri “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini assosiasiyanın rəsmi saytına açıqlayıb: “Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir. “Qarabağ” uğura doğru səbirlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığımız sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” Futbol Klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *