“İnter”-“Fola” matçında dramatik sonluq
Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinə start verilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “İnter” klubu Lüksemburqun “Fola” komandasını qəbul edib.
“Dalğa Arena”da keçirilən matç Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub.
Cavab qarşılaşması iyulun 20-də Lüksemburqda keçiriləcək.
Mənbə:> Oxu.Az