Formula-1 biletləri sosial şəbəkədə dəyərindən daha ucuz satılır
2017 Formula-1 Avropa Qran-Prisinin biletləri sosial şəbəkələrdə qeyri-qanuni satılır.
Oxu.Az xəbər verir ki, 60-690 manat arası olan biletlər sosial şəbəkələrdə dəyərindən qat-qat aşağı satılır. 490 manatlıq bilet 100 manat, 100 manatlıq biletlər yarı qiymətinə təklif edilir. Qeyd edək ki, oyunlarla bağlı dəvətnamələr də satışa çıxarılıb.
Mənbə:> Oxu.Az