Şimali İrlandiya yığmasının kapitanı: "Azərbaycana qələbə üçün gəlmişik"
Türkiyədə hava şəraiti Azərbaycana uyğun idi. Ona görə də orada hazırlıq keçdik. Düşünürəm ki, hər şey yaxşı oldu.
AzNews.info Report-a istinadan xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının futbolçusu Stiven Devis 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. Kapitan bildirib ki, Bakıya qələbə üçün gəliblər:
"Komandanın 6 üzvü bəzi səbəblərdən iştirak edə bilmir. Lakin yeni oyunçularımız var. Növbəti 3 xalı qazanacağımıza ümid edirəm. Sonuncu dəfə Azərbaycanda olanda qrupdakı vəziyyətimiz fərqli idi. Hazırkı seçmə mərhələdə isə qrupdan çıxmaq şansımız var. Buna nail olacağımıza inanıram. Oyunçularımızın hazırlıq səviyyəsi yaxşıdır. Hazırda 2-ci pillədə qərarlaşmışıq və bura qələbə üçün gəlmişik".
Mənbə:> Report