Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.
Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.
Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Mənbə:> Trend