Entoni Coşua Vladimir Kliçkonu nokauta saldı – VİDEO
Ukrayna təmsilçisi Vladimir Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib.
AzNews.info Report-a istinadən xəbər verir ki, o, Londonun “Uembli” stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.
Belə ki, Vladimir Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.
27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin hamısını nokautla əldə edib.
Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.
Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur.
Xatırladaq ki, stadionda bundan əvvəlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı.
Mənbə:> Report