Azərbaycanın veteran cüdoçusu dünya çempionu oldu
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb.
O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbov rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib.
Mənbə:> Report