Üzgüçümüz finalda
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan üzgüçüsü Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.
Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, 13 atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.
Qeyd edək ki, Azərbaycan Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur.
Mənbə:> Oxu.Az