“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyası üzvlüyündən kənarlaşdırıldı
Avropa Klublar Assosiasiyası (ECA) üzvlərinin tərkibində yenilənmə baş verib.
AzNews.info xəbər verir ki, Report-un məlumatına görə, Azərbaycan təmsilçilərinin sayı 3-ə enib.
Bu, “Xəzər Lənkəran”ın da üzvlükdən kənarlaşdırılmasından sonra baş verib. Ötən il isə “Bakı” ECA-dan çıxarılmış, yerini “Qarabağ” tutmuşdu. Hər iki klub artıq Azərbaycanın peşəkar futbol liqalarında təmsil olunmur.
Qitə klublarını birləşdirən qurumda hazırda “Qarabağ” fövqəladə, AZAL və “Neftçi” isə assosiativ üzvdür.
Qeyd edək ki, ECA-nın ümumilikdə 53 milli assosiasiyadan 220 üzvü var.
Mənbə:> Report