Portuqaliya millisi İslandiya ilə bacarmadı – VİDEO
Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ilk dövrəyə yekun vurulub.
Oxu.Az xəbər verir ki, ilk dövrənin son qrup oyununda “F” qrupunda yer alan Portuqaliya və İslandiya yığmaları 1:1 hesablı heç-heçə oynayıblar.
Hesabı 31-ci dəqiqədə Nani açıb. 50-ci dəqiqədə Birkir Bjarnason oyunda tarazlıq yaradıb. Bu islandiyalılar üçün fütbol üzrə Avropa və Dünya çempionatlarında ilk qol olub.
Xatırladaq ki, “F” qrupun ilk oyununda, Macarıstan millisi Avstriya yığmasını 2:0 hesabı ilə məğlub etmişdi.
Mənbə:> Oxu.Az