“Azəryol” CEV Kuboku ilə vidalaşdı
Azərbaycanın qadınlardan ibarət voleybol klubu “Azəryol” CEV Kubokunun yarımfinal oyunu çərçivəsində Bakıda Krasnodarın “Dinamo” klubu ilə cavab qarşılaşmasına çıxıb.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, ev sahibləri yalnız ikinci setdə rəqibə müqavimət göstərə biliblər.
Buna baxmayaraq “Azəryol” 3:0 hesabı ilə məğlub olub və finalın bir addımlığında turnirlə vidalaşıb.
İlk oyun da məhz 3:0 hesabı ilə Rusiya klubunun xeyrinə olmuşdu.
CEV Kuboku. Qadınlar. Yarımfinal. II matç
“Azəryol” (Bakı, Azərbaycan) — “Dinamo” (Krasnodar, Rusiya) — 0:3 (17:25, 25:27, 17:25).
Digər yarımfinal qarşılaşması İstanbulda “Qalatasaray” (Türkiyə) və “Şveriner” (Almaniya) arasında keçirilir.
Mənbə:> Report.az