“Neftçi”nin yeni baş məşqçisinin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Neftçi”nin yeni baş məşqçisinin adı açıqlandı

“Neftçi”nin yeni baş məşqçisinin adı açıqlandı


“Neftçi” rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

Oxu.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb. Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub.

47 yaşlı mütəxəssis SSRİ dövründə “Neftçi”də oynasa da, məşqçisi olmamışdı. İndi Qasımov komandanı martın 9-da “Xəzər Lənkəran”la ölkə kubokunun 1/4 final mərhələsinə cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də “Qəbələ”yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *