Messi böyrəklərindən əməliyyat keçirəcək
“Barselona” və Arqentina yığmasının futbolçusu Lionel Messi fevralın 9-da böyrəklərindən əməliyyat keçirəcək.
Oxu.Az Sport.es-ə istinadən xəbər verir ki, Messinin böyrəklərində daş aşkarlanıb.
Nəşrin məlumatına görə, futbolçu ağrıların olmadığını bildirib.
Əməliyyat yüngül xarakterli olacaq və hücumçu elə həmin gün evinə qayıda biləcək, fevralın 11-də isə o “Barselona”nın heyətində məşqlərə qayıdacaq.
Mənbə:> Oxu.Az