Dünyanın ən güclü smartfonu
Mobil cihazların sürətini təhlil edən AnTuTu proqramının yaradıcıları dünyanın ən yaxşı smartfonlarının reytinqini açıqlayıb.
AzNews.info oxu.az-a istinadən xəbəri verir ki, ekspertlər Xiaomi Black Shark smartfonunu unikal soyutma sisteminə görə dünyanın ən güclü smartfonu hesab edirlər.
Məhz bu xüsusiyyətinə görə, smartfonun istifadəsində heç bir problem yaranmır.
Smartfonun daha bir üstünlüyü isə 2,2 giqaqerç maksimal tezlikdə işləyən Qualcomm Anapdragon 845 çipidir.
İlk üçlüyə həmçinin OPPO ins və VIVO Nex smartfonları da daxil olub.
Mənbə:> Oxu.Az