Amerikalı alimlər dördüncü ölçü məkanına yol tapdılar
Amerikanın Pensilvaniya universitetinin alimləri yeni kəşfə imza atıblar.
"Ölkə.Az" xəbər verir ki, professor Mikael Rextsmanın rəhbərliyi altında işləyən bir qrup alim xüsusi ikiölçülü struktur qurublar. Bunun üçün isə lazerdən istifadə edilib.
"Nature" jurnalının məqaləsinə əsasən, alimlər Xollun kvant effektini xatırladan nəticə əldə ediblər.
Nəticə belədir: ikiölçülü elektron qaz güclü maqnit sahələri və aşağı tempraturlarda ötürücülük qabiliyyəti əldə edir. Üçölçülü əşyalar isə ikiölçülü kölgə yaradırlar. Bu isə əşyaların forması haqqında təsəvvür əldə etməyə imkan verir. Çətin hesablamalar sübut edir ki, üçölçülü obyektlər dördölçülü obyektlərin kölgəsi ola bilər.
Alimlər bildiriblər ki, artıq dördölçülü məkan anlayışına yaxınlaşıblar.
Mənbə:> Ölkə.Az