Azərbaycanda onkoloji terminlər lüğəti tərtib ediləcək
Azərbaycanda ilk dəfə onkoloji terminlər lüğəti tərtib ediləcək.
Oxu.Az xəbər verir ki, bu haqda qərar AMEA-nın toplantısı zamanı verilib.
Toplantıda çıxış edən AMEA-nın bioloji və tibbi elmlər şöbəsinin katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkədə ilk dəfə belə bir lüğət tərtib olunacaq.
Akademik qeyd edib ki, lüğətdə onkoloji terminlərin Azərbaycan dilində izahı veriləcək, nəşr bu sahədə çalışan həkimlər, ali və orta ixtisaslı tibbi müəssisələrin tələbələri üçün faydalı olacaq.
Terminoloji lüğət Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən tərtib edilib.
Mənbə:> Oxu.Az